24 avq 2023 09:04
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Metbuat.az xəbər verir ki, ikinci oyun gündə 3 matç keçirilib.
Türkiyə "Qalatasaray"ı da bu gün pley-offun ilk oyununa çıxıb. İstanbul təmsilçisi "Molde"nin qonağı olub. "Qalatasaray" 90+3-cü dəqiqədə vurulan qolla 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 29-30 avqust tarixlərində keçiriləcək.
23 avqust
23:00. "Molde" (Norveç) - "Qalatasaray" (Türkiyə) - 2:3
Qollar: Ellinqson, 8 (1:0), Oliveyra, 25 (1:1), İkardi, 29 (1:2), Hauqan, 56 (2:2), Midtsyo, 90+3 (2:3)
23:00. "Braqa" (Portuqaliya) - "Panatinaikos" (Yunanıstan) - 2:1
Qollar: Ruiz, 51 (1:0), Fernandes, 74 (2:0), Mançini, 90+5 (2:1)
23:00. "Yanq Boyz" (İsveçrə) - "Makkabi" (Hayfa, İsrail) - 0:0
22 avqust
23:00. "Antverpen" (Belçika) - AEK (Yunanıstan) - 1:0
23:00. "Rakov" (Polşa) - "Kopenhagen" (Danimarka) - 0:1
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2