30 avq 2023 09:00
Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Metbuat.az xəbər verir ki, ilk matç günündə 3 görüş keçirilib.
"Qalatasaray" evdə "Molde"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ilk qarşılaşma İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qalatasaray" qrup mərhələsinə adlayıb.
Qeyd edək ki, digər cavab oyunları sabah keçiriləcək.
29 avqust
23:00. "Qalatasaray" (Türkiyə) - "Molde" (Norveç) - 2:1
Qollar: İkardi, 7-pe; Anxelino, 90+3 - Hestad, 66
İlk oyun - 3:2
23:00. "Panatinaikos" (Yunanıstan) - "Braqa" (Portuqaliya) - 0:1
Qol: Bruma, 83
Qırmızı vərəqə: Xuankar, 90+1
İlk oyun - 1:2
23:00. "Yanq Boyz" (İsveçrə) - "Makkabi" (Hayfa, İsrail) - 3:0
Qollar: İtten, 23, Sekk, 28-avtoqol, Uqriniç, 46
İlk oyun - 0:0
30 avqust
23:00. AEK (Yunanıstan) - "Antverpen" (Belçika)
İlk oyun - 0:1
23:00. "Kopenhagen" (Danimarka) - "Rakov" (Polşa)
İlk oyun - 1:0
23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2