26 avq 2023 13:10
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa yaxın olan ”Qarabağ” yeni hücumçu ilə güclənəcək.
Metbuat.az "Sportinfo.az"a istinadən bildirir ki, hazırda bu mövqeyə iki namizədlə danışıqlar gedir. Onlardan biri “Kolo-Kolo”dan Xordi Tompsondur.
Ağdam təmsilçisi çilili legioneri öncə icarəyə götürmək istəsə də, yerli klub bu təklifi geri çevirib. “Kolo-Kolo” forvardını birdəfəlik satmaq niyyətindədir.
Çilinin U-20 millisinin üzvü ilə "Neftçi" də maraqlanırdı. Lakin bakılılar qiyməti 1 mlyon avro civarında olan gəncə iddiasından son anda əl çəkib.
«Qarabağ» isə bu rəqəmi bir qədər aşağı salmaqla, transferi sentyabrın 5-dək reallaşdırmağa çalışır.
Azərbaycan çempionu bu yay 5 legionerlə anlaşıb. Hamidu Keyta, Juninyo, Patrik Andrade, Andrey Lunyov və Mateus Silva «köhlən atlılar»la münasibətlərini rəsmiləşdirib.