2 avq 2023 22:24
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üzrə "Qarabağ" bu gün "Rakuv"la qarşılaşıb.
Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığı üçün "Rakov" növbəti mərhələyə yüksəlib.
"Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. "Qarabağ" Avroliqada 3-cü təsnifat mərhələsində ilk oyununu evdə keçirəcək.
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
2 avqust
20:00. "Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa) 1:1
Qol: Tudor, 51, Redon Cica, 60
İlk oyun - 2:3
Bakı Olimpiya Stadionu.