10 avq 2023 17:14
Bakıda "Qarabağ" və Finlandiyanın HİK komandası arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa satılmış biletlərin sayı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Klubdan məlumat verilib. Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş üçün indiyədək 18000 bilet satılıb.
Biletlərinin qiyməti, müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlar üçün biletlərin qiyməti isə 200 manatdır.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.