METBUAT.AZ

İdman

“Qarabağ” – HİK oyununun stadionu və vaxtı

3 avq 2023 15:24

“Qarabağ”ın UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK komandası ilə keçirəcəyi ilk oyununun başlama saatı və stadionu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, avqustun 10-u reallaşacaq matç Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi bu mövsüm UEFA Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

Qeyd edək ki, “Qarabağ”ın HİK komandası ilə cavab görüşü isə avqustun 17-də olacaq.


metbuat.az.