25 avq 2023 00:05
“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.
“Stojitse” stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisinin futbolçuları birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər.
32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.
Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında növbəti qarşılaşma avqustun 31-də Bakıda baş tutacaq.