METBUAT.AZ

İdman

“Qarabağ” UEFA-dan nə qədər qazana bilər? -

18 avq 2023 22:45

Finlandiyanın HİK klubuna 2-1 (ümumi hesab 4-2) hesabı ilə qalib gələn “Qarabağ” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib.

Metbuat.az xəbər verir ki, Ağdam klubunun növbəti mərhələdəki rəqibi Sloveniya çempionu “Olimpiya” olacaq. “Qarabağ” pley-off mərhələsini keçərsə turnirin qrup mərhələsinə vəsiqəni təmin edəcək, əks halda isə mübarizəni Konfrans liqasında davam etdirəcək. Bəs görəsən təmsilçimizin qrup mərhələsinə vəsiqə qazandığı təqdirdə nə qədər qazanc əldə edəcək?

Referans.az “Qarabağ”ın əldə edəcəyi məbləğin qədərini və ümumi statistikasını araşdırıb oxuculara təqdim edir:

Qrup mərhələsinə vəsiqə: 3.63 milyon avro

Qrupda qazanılan hər qələbə: 630 min avro

Qrupda əldə edilən heç-heçə: 210 min avro

Qrupdan lider olaraq növbəti mərhələyə vəsiqə: 1.1 milyon avro

Qrup 2-cisi olaraq növbəti mərhələyə vəsiqə: 550 min avro

1/32 final mərhələsində keçiriləcək oyunlar: 500 min avro

1/16 final mərhələsində keçiriləcək oyunlar: 1.2 milyon avro

1/8 final mərhələsində keçiriləcək oyunlar: 1.8 milyon avro

Yarımfinal mərhələsində keçiriləcək oyunlar: 2.8 milyon avro

Final mərhələsində keçiriləcək oyun: 4.6 milyon avro

Turnir qalibi: 4 milyon avro



metbuat.az.