28 avq 2023 15:36
“Qarabağ”ın və Sloveniyanın “Olimpiya” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində son məşqlərinin vaxtı müəyyənləşib.
Metbuat.az xəbər verir ki, hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda görəcək.
Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.
Qonaq komandanın açıq məşqi isə 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.
Qeyd edək ki, avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyada gerçəkləşən ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.