31 avq 2023 14:33
Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandiri təyin edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilir ki, general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə rəhbərlik edəcək.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəyə general-leytnant Rüstəm Muradov, Mixail Kosobokov, Andrey Volkov, Aleksandr Lentsov gətirilib.