21 avq 2023 17:36
İraqın paytaxtı Bağdadda reklam lövhələrində pornoqrafik görüntülər yayımlanıb.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, qeyri-adi hadisənin foto və videoları bütün ölkəyə yayılıb. Bu səbəbdən bütün reklam lövhələri müvəqqəti olaraq söndürülüb.
Polisin hadisə ilə bağlı 1 nəfəri saxladığı deyilir. Həmin şəxsin reklam lövhələrini idarə edən şirkətdə texniki işçi olduğu qeyd edilib. İlkin məlumata əsasən, onun firma ilə maliyyə mübahisəsi olub və bunu qisas məqsədilə edib.