METBUAT.AZ

Şou-Biznes

"Qız uşağı belə oynamaz, iyrəncdir" -

23 avq 2023 15:19

"İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır".

Metbuat.az xəbər verir ki, müğənni-bəstəkar Murad Arif bu dəfə diqqəti vacib məsələyə yönlədib. Murad Arif sosial mediada gördüyü rəqs müəllimlərinin və yaradılan kursların fəaliyyətini sərt tənqid edib:

"Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir... Nə "müəllimi" qanır, nə də valideyni".


metbuat.az.