METBUAT.AZ

Ölkə

Qızmar yay günləri nə vaxtadək davam edəcək? -

9 avq 2023 12:33

"Ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək".

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir: "Bölgələrdə 37-41 dərəcə, Naxçıvan Muxtar Respublikası və aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq", - o, bildirib.


metbuat.az.