METBUAT.AZ

Ölkə

Qohumu gizlətdi, nazirlik açıqladı -

24 avq 2023 15:17

Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin rəis müavini Şahin Almas oğlu Xasıyev 41 yaşında dünyasını dəyişib. Rəis müavininin qəfil ölüm səbəbi barədə Nazirlik heç bir açıqlama verməyib.

Metbuat.az "Bizim.media"ya istinadən bildirir ki, mərhumun adının açıqlanmasını istəməyən yaxın qohumu rəis müavininin Rusiyanın Kazan şəhərində olarkən dünyasını dəyişdiyini deyib. Ölüm və Kazana getmə səbəbini isə mərhumun qohumu söyləmədi:

“Yaxşı olar ki, bunu Nazirlikdən soruşasınız”.

Nazirlikdən isə sorğumuza cavab olaraq bildirildi ki, Şahin Xasıyev 01 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixinədək əmək məzuniyyətində olub:

“Kazan şəhərində keçirilən tədbirə təşkilatçıların dəvəti əsasında şəxsi təşəbbüsü ilə müstəqil ekspert qismində iştirak edib. Şahin Xasıyev Kazanda olarkən ürəktutmasından vəfat edib”.

Qeyd edək ki, Şahin Xasıyev xeyli müddətdir ki, Səhiyyə Nazirliyində işləyirmiş. O sabiq nazir Oqtay Şirəliyevin yaxın kadrı sayılırdı.


metbuat.az.