METBUAT.AZ

Gündəm

Qondarma rejimin yeni "başçısı"

31 avq 2023 13:15

Xəbər verdiyimiz kimi, Qarabadakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyan istefa verib. Onun yerinə isə Samvel Şahramanyan gətirilib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, o, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib. 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.

2018-ci il iyulun 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın "sədri" təyin edilib.

29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.


metbuat.az.