METBUAT.AZ

Hadisə

Qubada baş verən ağır qəzanın görüntüləri yayıldı -

14 avq 2023 09:41

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Metbuat.az xəbər verir ki, avtobusda olan 22 nəfər olub. Onlardan 19 nəfəri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.



metbuat.az.