19 avq 2023 11:29
Türkiyənin Şanlıurfa şəhərində quduzluq diaqnozu qoyulan şəxs xəstəxanadan qaçıb.
Metbuat.az türk mediasına istinadən bildirir ki, 30 yaşlı suriyalı xəstə sakinlərin təlaşına səbəb olub. O, kilidli bir otaqdan çıxaraq qaçıb və xəstəxanadakılardan birinin telefonunu da oğurlayıb.
Polis və tibbi personalın əməliyyatı nəticəsində həmin şəxs xəstəxanadan 10 kilometr məsafədə yerləşən bir tarlada tutulub.
Xəstənin digər şəxslərə təmas edib-etmədiyi araşdırılır.