31 avq 2023 22:42
"Futbolçuları və azarkeşləri təbrik edirəm. Gərgin oyun alınsa da, nəticə bizi qane etdi".
Metbuat.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis oyunçuların çox əziyyət çəkdiyini bildirib: "Qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, amma orada qalmaq çətindir. Ən azından ilin sonunadək avrokuboklarda davam edəcəyik".
Qurbanov bugünkü martçdan razı qaldığını söyləyib: "Nəticə bizim üçün çox vacib idik. Komanda olaraq yaxşı müdafiə olunduq. Oyunçulara bunu tapşırmamışdıq. Əksinə, daha çox hücuma çıxmaq niyyətində idik. Futbolçulardan narazı olacağım bir məqam yoxdur".