METBUAT.AZ

İdman

Ramosdan "Qalatasaray" üçün fədakarlıq -

24 avq 2023 09:25

Çempionlar Liqasında qruplara vəsiqə qazanacağı təqdirdə Serxio Ramos "Qalatasaray"a transfer olmaq üçün bəzi güzəştlər edəcək.

Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın Serxio Ramosa 5 milyon avro+imza pulu və imic haqqı təklif etdiyi bildirilib. Məlumata görə, təcrübəli müdafiəçinin ilk tələbində imza haqqı da daxil olmaqla 15 milyon avro istədiyi iddia edilsə də, sonradan Çempionlar Liqası məsələsi səbəbindən o, bu məbləği 8 milyon avroya endirib.

Bildirilir ki, "Qalatasaray" Çempionlar Liqasının qrupuna vəsiqə qazansa Ramos illik məvacibində daha da endirim edə bilər.


metbuat.az.