METBUAT.AZ

Mədəniyyət

"Rasim Balayevin xalqın problemini çatdırmaq öhdəliyi yoxdur" -

17 avq 2023 17:56

“Sənətkarların xalqın problemini Prezidentə çatdırmaq kimi bir öhdəliyi yoxdur”.

Metbuat.az "Yenisabah.az"a istinadən bildirir ki, bu sözləri yazıçı Seyran Səxavət deyib. O, Xalq artisti Rasim Balayevin Prezident İlham Əliyevlə görüşündən sonra onunla bağla yaranan tənqidi müzakirələrə, habelə sənət adamlarına qarşı sosial şəbəkələrdə səsləndirilən fikirlərə münasibət bildirib.

S.Səxavət isə hesab edir ki, sənətkar poeziya ilə məşğuldursa, o, sənəti ilə xalqını sevindirməli, onun qəlbinə girməli və sevimlisinə çevrilməlidir:

“Bu gün Milli Məclisdə salonla bir deputatlar var. Adamdan soruşarlar ki, bəs onlar nədən ötrüdür?! Mən bu günə qədər 7 roman yazmışam. Tutaq ki, mən durub indi siyasətlə məşğul olum, vaxtmı siyasətə hər edim, onda mənim yazdığım romanları kim yazacaq?! O deputatlar?! Necə?!

“Ona görə də zəhmət çəkib o tribunadan sözlərini desinlər. Onsuz da hərə öz yerində olanda güclü olur, səsi daha yaxşı eşidilir. Götürək şahmatı, orada hər fiqurun öz yeri var. Şahla vəziri qarışıq qoysan, heç oyun da alınmaz. Odur ki, hərənin öz işi olmalıdır. Şəxsən mən əsl sənət adamının siyasətə qoşulmasını ağılsız hesab edirəm. Yeri gəlsə, nələrsə söyləmək olar, fikrini bildirmək olar. Amma durub siyasətə qoşulsun, özünü buna həsr etsin. Xeyr, razı deyiləm”.

Xatırladaq ki, R. Balayev xalqın problemlərini dövlət başçısına çatdırmamaqda ittiham olunur. Sosial şəbəkələrin Azərbaycan seqmentində sənətkarı şahpərəstlikdə ittiham edənlərin sayı isə çoxdur. Lakin digər bir kəsim sənətkara qahmar çıxaraq, məhz əhalinin problemləri ilə sənətkarın yox, millət vəkillərin maraqlanmalı olduğunu dilə gətirib.


metbuat.az.