16 avq 2023 16:42
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına transferindən sonra bir sıra məşhur futbolçular krallığa transfer olub.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu futbola ayrılan böyük büdcə ilə “Əl Əhli”, “Əl Hilal”, “Əl İttihad” və “Əl Nassr” klublarının 75 faizini alıb.Dünyanın ən yaxşı liqalarından birinə çevrilmək məqsədi ilə futbola böyük sərmayə qoyan Səudiyyə Ərəbistanı Kriştiano Ronaldodan sonra Sadio Mane, Kərim Benzema, Ngolo Kante, Ruben Neves, Roberto Firmino və Riyad Mahrez, Marselo Brozoviç, Sergey Milinkoviç-Saviç, Kalidou Koulibali və Neymar kimi məşhur futbolçuları transfer edib. Xarici KİV-lər yazır ki, Səudiyyə Ərəbistanında “tonqalı” Ronaldo yandırıb. Tənqidlərə baxmayaraq, bir çox futbolçu portuqaliyalı ulduzdan sonra Səudiyyə Ərəbistanına yollanıb. Xəbərdə qeyd edilir ki, futbolçulardan başqa bəzi tanınmış məşqçilər də krallığa transfer olub.
Qeyd edək ki, Lionel Messi və Kilian Mbappe Səudiyyə Ərəbistanından təklifləri rədd ediblər. “Əl Hilal”ın Messiyə 500 milyon avro, Mbappeyə isə 1 milyard avro illik maaş təklifi etdiyi iddia edilirdi.