METBUAT.AZ

İqtisadiyyat

Rubl gözlənilmədən bahalaşdı -

15 avq 2023 11:10

Rusiya Mərkəzi Bankının növbədənkənar iclas keçirəcəyini açıqlamasından sonra rubl dollar qarşısında dəyər qazanıb.

Metbuat.az xəbər verir ki, dollar/rubl pariteti 96-ya düşüb. Məlumata görə, rubl dollar qarşısında təxminən 1 faiz bahalaşıb.

Qeyd edək ki, dollar/rubl pariteti bu həftə 28 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 100 səviyyəsini keçib. Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə əlaqədar uçot dərəcəsi ilə bağlı növbədənkənar iclas keçirəcəyini açıqlayıb. Mütəxəssislər Rusiya Mərkəzi Bankının iclasında uçot dərəcəsini 8,5 faizdən 10-a qaldıracağını gözləyir.


metbuat.az.