15 avq 2023 13:33
Rusiya Bankı İdarə Heyətinin növbədənkənar iclasında əsas uçot dərəcəsini illik 12 faizə qaldırıb.
Metbuat.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu, 2022-ci ilin mayından bəri ən yüksək göstərici hesab edilir. Agentlik yazır ki, analitiklər faiz artımının bir yarım-iki faiz bəndi olacağını gözləyirmişlər. Onların fikrincə, belə artım iqtisadiyyatda tələbin soyumasına və idxalın həcminin azalmasına, bununla da rublun məzənnəsinin sabitləşməsinə kömək edə bilərdi.
Qeyd edək ki, əsas faiz dərəcəsi Mərkəzi Bankın bir həftə ərzində kommersiya banklarına kredit verdiyi və əmanətlər üçün vəsait qəbul etməyə hazır olduğu minimum faizdir. Onun ölçüsü inflyasiyanın sürətinə təsir göstərir.
Növbəti iclas sentyabrın 15-nə təyin edilib.