15 avq 2023 16:58
Rusiya əsgərlərinin Qara dənizdə Ukraynanın İzmail limanına üzən Türkiyənin yük gəmisinə basqın anının görüntülərini yayımlanıb.
Metbuat.az xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə basqının görüntülərini Rusiya Müdafiə Nazirliyi paylaşıb. Nazirliyin açıqlamasına görə, kadrlarda rus əsgərlərinin dayanma xəbərdarlığına əməl etməyən “Şükrü Okan” yük gəmisinə Ka-29 tipli helikopterlə eniş etdiyi, sənədləri yoxladığı və əməliyyat keçirdiyi anları əks olunub. Açıqlamada yoxlamanın beynəlxalq tələblərə uyğun aparıldığı bildirilib. Yoxlama tədbirləri zamanı təftiş qrupunun işi peşəkar şəkildə və beynəlxalq sənədlərin tələblərinə uyğun həyata keçirilib. Təftişdən sonra gəmi marşrutu üzrə üzməyə davam edib.