METBUAT.AZ

Dünya

Rusiya Dunay çayındakı məntəqələri buna görə bombalayır

17 avq 2023 11:32

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Dunaydakı taxıl anbarlarına və limanlarına hücumundan narahatlığını bildirib.

Metbuat.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü müavini Farhan Haq bildirib ki, Baş katib Antonio Quterreş Rusiyanın limanlara hücumuna etiraz edib. Bildirilib ki, Rusiya Ukraynanın taxıl və digər ərzaq məhsullarının Avropaya daşınması üçün Qara dənizə alternativ olan Dunay çayındakı mövqeləri hədəfə alır. Quterreş Rusiyanı taxıl sazişinə qayıtmağa çağırıb.

Qeyd edək ki, Rusiya taxıl sazişindən çıxandan sonra PUA-larla Dunay çayındakı limanlara hücum edib.


metbuat.az.