METBUAT.AZ

Dünya

​Rusiya Gürcüstandakı əraziləri ilhaq edə bilər -

23 avq 2023 12:54

Rusiya Gürcüstandakı separatçı əraziləri ilhaq edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib. O bildirib ki, Rusiya Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyanı ilhaq edə bilər. Medvedev “Arqumentı I faktı” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, Rusiyaya birləşmə ideyası hələ də Abxaziya və Cənubi Osetiya regionlarında çox dəstəklənir. O bildirib ki, yaxşı səbəblər varsa, ilhaq mümkün olacaq.

Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra Gürcüstan Abxaziya və Cənubi Osetiyaya nəzarəti itirmişdi.Rusiya 2008-ci ildə bu ərazilərə müdaxilə edərək, müstəqilliyini tanıyıb.


metbuat.az.