5 avq 2023 10:58
Rusiya yeni kamikadze dronun istehsalına başlayıb.
Metbuat.az xəbər verir ki, “Qastello” adlanan uçuş aparatı hazırda Ukraynada davam edən xüsusi hərbi əməliyyat iştirakçılarının istəkləri nəzərə alınaraq yaradılır.
Yeni konveyer xəttində yığılan dronların 30 faizi Rusiya istehsalı olan komponentlərdən, xüsusən də karbon çərçivələr və korpuslardan ibarətdir. Pilotsuz təyyarə “First Person View” (FPV, first-person view) prinsipi ilə işləyir. Drona nəzarət edən operator monitor, video dəbilqə və ya video eynəkdən istifadə edərək videokameradan təsviri görə biləcək.
Qeyd edək ki, “Qastello” gecə uçuş həyata keçirmək imkanlarına sahib olacaq.