9 avq 2023 15:49
Rusiya yaxın zamanlarda Şimali Kipr Türk Respublikasında konsulluq açacaq.
Metbuat.az xəbər verir ki, bu barədə TASS öz mənbələrinə istinadən məlumat yayıb.
Sözügedən addımın atılmasında məqsəd Rusiyanın Kiprin şimalında yaşayan Rusiya vətəndaşlarına qarşı öhdəliklərinin yerinə yetirməsi üçündür.
Şimali Kipr Türk Respublikasında 50 mindən çox rus vətəndaşının yaşadığı qeyd edilir.