9 avq 2023 10:45
Uqanda prezidenti Yoveri Museveni Rusiya və Cənubi Koreyanın ölkədə atom elektrik stansiyalarının tikintisinə başlayacağını açıqlayıb.
Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, o, ölkəsində tikiləcək atom elektrik stansiyaları ilə bağlı Rusiya və Cənubi Koreya ilə danışıqların davam etdiyini bildirib
Rusiya və Cənubi Koreyanın 15 min meqavat gücündə 2 nüvə stansiyası inşa edəcəyini bildirib.
Həmçinin Rusiya-Afrika Zirvə Toplantısında Uqanda ilə Rusiyanın atom elektrik stansiyası layihəsi ilə bağlı müqavilə imzaladığı açıqlanıb.