26 avq 2023 18:17
“Sabah” basketbol klubu daha bir transfer həyata keçirib.
Klubdan verilən məlumata görə, amerikalı Mayk Holtonla 1 illik müqavilə bağlanıb.
32 yaşlı basketbolçu peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriyada çıxış edib. Holtonun sonuncu komandası Avstriya Superliqasında mübarizə aparan “Pölten” olub. 2022/2023 mövsümündə 28 oyuna çıxan idmançı hər matçda orta hesabla 21 xal toplayıb.
Qeyd edək ki, “Sabah” bu gün digər amerikalı basketbolçu Kivon Devonportu heyətinə qatıb.