14 avq 2023 17:56
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 23 978,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, qaz nəqlinin 53,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 12 737,9 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6%-lik artım).