8 avq 2023 17:48
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu gün 75 yaşı tamam olan Xalq artisti Rasim Balayevlə bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, diplomat R.Balayevi məşhurlaşdıran “Babək” filminin 1981-ci ildə Berlində alman dilinə dublyaj edilməsi məsələsinə diqqət çəkib.
“Azərbaycanın məşhur aktyoru Rasim Balayev Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilib. Balayev 1981-ci ildə Berlində mükəmməl şəkildə alman dilinə dublyaj edilən “Babək” filmindəki rolu ilə də tanınıb”, - səfir bildirib.