22 avq 2023 09:09
Avqustun 22-də saat 7radələrində Bakının Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Bu barədə Metbuat.az-a Nərimanov rayon prokurorluğundan bildirilib.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.