METBUAT.AZ

Hadisə

Şəkidə vəzifəli şəxs

10 avq 2023 12:52

Şəki rayonunun Baş Göynük kəndinin bələdiyyə sədri cəzalandırılıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Baş Göynük kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub. Bu səbəbdən kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub və baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.


metbuat.az.