7 avq 2023 11:43
Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaretlərin qiymətlərində 10-20 qəpik artım müşahidə edilir. Satıcılar bildirilər ki, qiymətlər firmalar tərəfindən qaldırılıb.
Metbuat.az-a danışan "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bildirib ki, ölkədə tütün məmulatlarına əlçatanlıq azaldılmalıdır. Həmçinin qaçaqmalçılıq hallarının qarşısı alınmalıdır:
""Azad İstehlakçılar Birliyi" olaraq biz siqaretlərə, tütün məmulatlarına əlçatanlığın azaldılmasının tərəfdarıyıq. Hökumətin daim aksiz vergilərini qaldırılmasından razıyıq. Təəssüf ki, ölkəyə qaçaqmalçılıq halları da dolur. Bu da dövlət büdcəsinə ziyan vurur. Belə qiymət qalxması fonunda hökumət elə bir addım atmalıdır ki, qaçaqmalçılıq azalsın. Qiymətin artması tələbatın artması ilə əlaqədardır. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya”sına görə, ölkədə siqaretin 10% azaldılması mühüm hədəf kimi qoyulub. Lakin bu hədəfə nail olmaqda çətinlik var".
Ekspert hesab edir ki, bahalaşmaya quru sərhədlərin bağlı olması da səbəb ola bilər:
"Siqaretin bütün növləri pisdir. Daha pisi isə standarlara uyğun olmayan istehsal olunan siqaretlərdir. Bahalaşmanı tələbin artması ilə izah etmək olar. Ola bilər ki, quru sərhədlərin bağlı olmasına görə, yol xərcləri artıb. Siqartelərin bahalaşması ilə qəlyan, elektron siqaretlər inkişaf edir və insanların sağlamlığında mənfi izlər qoyur".