METBUAT.AZ

Sosial

“Siqaretin bahalaşmasına səbəb inflyasiyadır” -

7 avq 2023 14:35

"Hazırda siqaretin qiymətinin artmasında xüsusi və qeyri-adi bir səbəbi yoxdur. Səbəb sadəcə olaraq infilyasiyadır".

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də onun artlmı gündəlik və ya həftəlik deyil, 4-5 aydan bir 10-20 qəpik artır. Bu artımların da cəmiyyətə rezonansa səbəb olduğunu qeyd edən Eldəniz Əmirov siqaretin aludəçisini əsir saxladığı qənaətindədir:

"Qiymətlərin hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur. Bu ildə belə olacağı şübhəsizdir. İl ərzində Azərbaycan təxminən 16 milyon dollardan çox ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib. Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır".

Millət vəkili Vüqar Bayramov da siqaretin qiymətinin qalxması ilə bağlı fikirlərini Metbuat.az ilə bölüşüb. Millət vəkili hesab edir ki, siqaret və tütün məhsullarına əlçatanlığın azaldılmalıdır:

“Problemdən çıxış yolu kimi siqaretin qiymətinin yüksəldilməsini effektiv deyil. Çünki qiymətin artırılması tələbin azalması baxımından düzgün sayılmır. Bazard tələb və təklifə, eyni zamanda onun xərcinə uyğun olaraq müəyyənləşməlidir. Biz bu sahədə azyaşlıların siqaretə əlçatanlığının azalmasına çalışmalıyıq. Qapalı yerlərdə siqaret çəkilməməsi kimi qadağaların sərtləşdirilməsinə ehtiyac var".

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.