21 avq 2023 17:47
Şirvanda uzunömürlülərdən olan 102 yaşlı sakin vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə rayonun icra hakimiyyəti məlumat yayıb.
Qeyd edilib ki, Şirvan şəhərinin uzunömürlü sakinlərindən olan İskəndərova Minə Mirzəbala qızı bu gün 102 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Şirvan şəhəri, Bayramlı qəsəbəsində yaşayan Minə İskəndərovanın 10 övladı, 28 nəvəsi, 48 nəticəsi və 6 kötücəsi vardır.
Bütün reaksiyalar:
99