METBUAT.AZ

Ölkə

Son günlərin isti havasında neçə nəfəri gün vurub? -

11 avq 2023 15:36

Son 2 gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub.

Bu barədə TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilb. Qeyd olunub ki, Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Qeyd edək ki, iyul ayı ərzində günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb. İyul ayı ərzində günvurma ilə bağlı olaraq, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 45 nəfər müraciət edib. Onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub. Müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.


metbuat.az.