METBUAT.AZ

Şou-Biznes

"Soruşurlar ki, böyük oğlunuz hardadır?" -

9 avq 2023 18:03

Aparıcı Xoşqədəm Hidayətqızı yeni açıqlaması ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, o "Səni axtarıram" proqramında böyük oğlundan danışıb.

Hidayətqızı bildirib ki, sosial şəbəkə istifadəçiləri ondan tez-tez böyük oğlu ilə şəkil paylaşmamamğının səbıəbini soruşurlar:

"Bir də görürsünüz ki, mənə böyük oğlumla bağlı yazırlar. Uşaqlarım qucağımda olan şəkil paylaşıram. Yazırlar ki "Sizin böyük oğlunuz hardadır?". Bu an məni gülmək tutur. 18 yaşım var idi, ata-anaya baxırdım. Ata-anam üçün gecələr yatmayıb pul qazanırdım ki, onları çadır şəhərciyindən çıxarım. Məcburi köçkün idilər. Atam-anam ac-susuz qalmasın deyə gecələr belə yatmadan çalışırdım. 28 yaşında oğlanı ana qucağına alıb gəzdirməllidir? 28 yaşlı kişi bir ailə başçısı olur. Mən 18 yaşımda bir qəzetdə işləyirdim. Qucağımda da körpəm var idi".



metbuat.az.