METBUAT.AZ

Dünya

Sudanda vətəndaş müharibəsi -

8 avq 2023 15:51

Sudanda davam edən vətəndaş müharibəsi səbəbilə 4 milyon nəfər evlərini tərk edib.

Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat verib. Bildirilib ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasındakı toqquşmalar səbəbilə 700 min insan ölkəni tərk edib. 3 milyondan çox insan ölkə daxilində qaçqın olub.

Açıqlamada deyilir ki, beynəlxalq təşkilatlar Sudana humanitar dəstəyini davam etdirməlidir.


metbuat.az.