METBUAT.AZ

Gündəm

Şükür Həmidovun atası

11 avq 2023 17:08

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Şükür Həmidovun atası Nəriman Həmidov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Qeyd edək ki, Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olub.


metbuat.az.