21 avq 2023 17:42
"Fənərbaxça" danışqılar apardığı xorvatiyalı qapıçı Dominik Livakoviçin tranaferini yekunlaşdırmaq üzrədir.
Metbuat.az xəbər verir ki, tərəflər əsas məsələləri razılaşdırıb. “Germaniyak”ın xəbərinə görə, “Fənərbaxça” “Dinamo Zaqreb”lə apardığı danışıqlarda da razılıq əldə edib. “Fənərbaxça” qapıçı üçün qarşı tərəfə 9+1 milyon avro ödəyəcək. Məlumata görə, Türkiyə təmsilçisi qapıçının özü ilə 4+1 illik müqavilə imzalayacaq. Dominik Livakoviç Xorvatiya millisinin əsas qapıçılarından hesab edilir.
Qeyd edək ki, Altay Bayındırın "Fənərbağça"dakı çıxışları son zamanlar müzakirə mövzusu olub.