14 avq 2023 17:05
Çinlə suverenlik münaqişəsində olan Tayvanın müvəqqəti lideri Lai Çinq-te Paraqvay səfərindən əvvəl ABŞ-ın Nyu-York şəhərinə tranzit səfər edib.
Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın rəsmi mənbələri məlumat verib. Bildirilib ki, Lai Çinq-te Paraqvayda yeni seçilmiş Prezident Santiaqo Penanın andiçmə mərasimində iştirak etməzdən əvvəl Nyu-Yorka səfər edib. Lai Çinq-te ABŞ-ın Tayvandakı nümayəndəsi olan Amerika İnstitutunun Vaşinqton ofisinin direktoru İnqrid Larson və Taypeyin İqtisadi və Mədəniyyət üzrə nümayəndəsi Hsiao Bi-khim tərəfindən qarşılanıb.
Çinin Xarici İşlər Nazirliyi Tayvan liderinin ABŞ-a səfərini tənqid edib. Çinin ABŞ ilə Tayvan arasında hər cür təmaslara qarşı olduğu bildirilib.