METBUAT.AZ

Gündəm

"Təhsilin mərhələli şəkildə bir universitetin daxilində aparılması müsbət haldır" -

16 avq 2023 11:30

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2023-cü il tarixli Qərarı ilə Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan DövlətUniversitetinin nəzdinə verilib.

Bu haqda Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev Metbuat.az-a açıqlama verib.

Həmin açıqlamanı təqdim edirik:

Bilirik ki, bu gün dünya təcrübəsində də geniş profilli və həmçinin tədqiqat yönümlü Universitetlərin tabeliyində orta məktəblər, Liseylər, kolleclər mövcuddur. Dünyanın aparıcı univeristetlərinin tərkibində kolleclərin fəaliyyət göstərməsi ənənəsi var. Hətta həmin kolleclərin təhsil proqramları da nəzdində yerləşdikləri ali məktəblərin proqramlarına yaxındır. Bu isə kollecdə oxuyan tələbələrin daha yaxşı təhsil almasına gətirib çıxarır. Və bu halhazırda da geniş əhəmiyyətə malikdir. Son illər ölkə ali təhsilinə də diqqət etsək Universitetlərin tabeliyində yeni- yeni kolleclər və orta məktəblər yaradılır. Hətda bu gün sevindirici haldır ki, bir çox özəl ali təhsil müəssisələrinin tabeliyində beynəlxalq orta məktəblər də fəaliyyət göstərir.Bu bir çox cəhətdən əhəmiyyətlidir: birincisi Kolleclər ixtisas proqramları əsasında təhsil xidmətləri göstərir;ikincisi subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququna malikdir, üçüncüsü Universitetlərin müxtəlif ixtisasları üçün ilkin baza roluna malikdir. Hətda bəzi universitetlər özlərinə tələbə kadr ehtiyatın məhz öz tərkiblərində fəaliyyət göstərən kolleclərdən və orta məktəblərdən seçirlər. Bu gün Ali təhsildə kəmiyyət və keyfiyyət balansını qurmaqla beynəlxalq rəqabətlilik strategiyasını quran, çoxprofilli ixtisaslara sahib olan Naxçıvan Dövlət Universitetitədrisin keyfiyyətinin və elmi fəallığın artırılmasını, insan kapitalının formalaşdırılmasını üstün tutaraq “Tədqiqat” və uzaq gələcəkdə “Sahibkar” universitet statusu qazanma yolunda inamla addımlayır. Bu baxımdan istər Liseyin istərsəs də Kolleclərin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilk öncə dövlətin yüksək diqqət və qayğısının təzahürüdür. Bu baxımdan dövrün tələbi də nəzərə alınmaqla verilən qərarlar tarixi əhəmiyyətə malikdir.

Təbii ki, məsələyə iki cəhətdən yanaşmalıyıq. Bu Universitetə yeni imkanlar qazandırmaqla yanaşı həmin qrumların özü və həm də orda təhsil alan gənclər üçün geniş imkanlar açacaq. Çünki, universitetlər üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün böyük əhəmiyyəti var. Bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edəcək, digər tərəfdən orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edəcək.

Kolleclərin universitetlərin nəzdinə keçirilməsi təhsil sisteminin dünyaya inteqrasiyasıdır. Universitetlərin orta məktəbi, kolleci, peşə məktəbi, laboratoriyası və s. var. Ona görə də kolleclərin universitetlərə birləşdirilməsi təbii haldır və zamanın tələbidir. Bu həm də yarımçıq təhsilin qarşısını alır. Bu sistemə keçidin özəlliklərindən biri də kolleci yüksək qiymətlə bitirənlərin sonradan həmin müəssisədə ali təhsil almaq imkanının olmasıdır. Kolleci bitirəndən sonra həm işləyə biləcək, həm də əgər kolleci yaxşı qiymətlə başa vurubsa, universitetdə təhsil ala biləcək. Hər bir universitetin öz tərkibində kollec yaratmaq ixtiyarı var. Dünyanın heç yerində ayrıca ixtisas məktəbi yoxdur. Təcrübədən də görünür ki, onlar daha çox Universitetlərin nəzdində olur. Təbi ki, kampusları, böyük şəraiti olan universitetlər bu iş üçün daha yaxşıdır. Təhsilin mərhələli şəkildə bir universitetin daxilində aparılması müsbət haldır. Avropa, Qərb təcrübəsində bu sistem geniş yayılıb. Bu cür sistem kolleclərdə təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Əgər kollec universitetin nəzdindədirsə, univeristetin potensialından da istifadə edilir, daha yüksək səviyyəli mütəxəssislər oraya cəlb olunur.

Təhsilin inkişafı üzrə dövlət startegiyasında da təhsilin yeni keyfiyyət mərhələsinə keçid var. Orada dünya təcrübəsinin öyrənilməsi və inteqrasiyanın sürətlənməsi nəzərdə tutulur.

Bildiymiz kimi qəbul prosesi ali məktəblərə oluğu kimi Koleclərə də Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Təbi ki, bu da şəffaflıq baxımından daha əhəmiyyətlidir. Ancaq Kolleclərdə mövcud olan ixtisaslarla bağlı dövrün tələbinə və Universitetin öz viziyonuna uyğun olaraq müəyyən dəyişikliklərin həyata keçirilməsinə strukturun təkminləşdirilməsinə ehtiyac var.

Məlum olduğu kimi, cənab Prezidentin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı təsdiqlənib.

Dövlət Proqramında Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması, xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili, ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiq edilməsi də öz əksini tapıb. Bu baxımdan qısa vaxtda kimya –bilogiya liseyinin təyinatı dəyişərək Universitetin nəzdində ingilisdilli beynəlxalq məktəb yaradılacaq. Bununla bağlı lazımi görüşlər də keçirilib və beynəlxalq məktəbdə qısa vaxtda Cembirige proqramının qurulması nəzərəd tutulur. Məlumat üçün də qeyd edim ki, bu ilin sentyabrından beynəlxalq məktəbdə həm məktəbəqədər hazırlıq sinifləri üçün həm də 5-ci siniflərdə təhsil alan şagirdlər üçün hazırlıq qrupları fəaliyyət göstərəcək. 2024-cü ildən artıq Beynəlxalq məktəbin 1-ci və 6-cı siniflərinə qəbul imtahanı keçiriləcək.

NDU-nun nəzdinə Beynəlxaq Məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universitetinin beynəlxalq məktəbi də qısa zamanda təhsilin inkişafı istiqamətində öz layiqli töhfəsini verəcək.

Bu gün Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 13 tədris korpusu, Elektron Kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Universitet Xəstəxanası, Olimpiya İdman Mərkəzi, 2 stadion və müasir tipli Tələbə evi yerləşir. Universitetdə ən yüksək kampus simsiz internet şəbəkəsindən istifadə olunur. Burada 3 internet mərkəzi, Media mərkəzi, Universitet televiziyası (UTV), “Nuhçıxan radiosu”, Nəşriyyat, “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti və bir neçə muzey fəaliyyət göstərir. Eyni zamandaNaxçıvan Dövlət Universitetində 12 fakültədəbakalavriat səviyyəsi üzrə 75 ixtisas, magistratura üzrə 85 ixtisaslaşma, doktoranturada 39 ixtisas və rezidentura üzrə 32 ixtisasda ümumilikdə 8000-ə yaxın, o cümlədən 9 ölkədən 1800 nəfərə yaxın xarici tələbə təhsil almaqdadır. Elmi axtarışların davamlılığı, əhatəliliyi və dinamikliyi sahəsində proseslərin daha da sürətləndirilməsinə təkrar olaraq ölkə ali təhsilində ilk dəfəolaraq 2022-ci il tarixində Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi fəaliyyətə başlayıb. 2023-cü il tarixdən isə Universitetdə SAT qeydiyyat və imtahan mərkəzi yaradılıb. Bunları qeyd etməkdə məqsəd isə bu gün bu imkanlardan həm də beynəlxalq məktəb və Kolleclər də faydalanacaq. Bunlar həm Universitetdə olan bütün imkanlardan faydalanacaq həm də ixtisaslarını daha dərindən öyrənmək, praktika keçmək üçün Universitetin laborotoriya və tədqiqat mərkəzlərindən geniş istifadə edəcək, daha yüksək səviyyəli mütəxəssislər oraya cəlb olunacaq.

Naxçıvan Dövlət Universiteti nəinki ölkəmizin ali məktəbləri, həm də dünya universitetləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə tanınır. Təsadüfi deyildir ki, Naxçıvan Dövlət Universiteti bir sıra sahələr üzrə ali təhsil müəssisələri arasında öncül yerləri tutmuş, onun fəaliyyəti təqdir olunmuş, klassik universitetlərlə müqayisə edilmiş, regionun elm və təhsil mərkəzlərindən biri kimi nüfuz qazanmışdır. Universitetdə inkişaf etmiş ali təhsil müəssisələri üçün xarakterik sayılan bütün struktur bölmələr yaradılmış, ilk dəfə burada müxtəlif yeniliklər tətbiq olunmuş və onların səmərəli fəaliyyəti təmin edilmişdir. Bunu universitetin istər beynəlxalq əməkdaşlıqlarının daha dinamik olaraq davamlılığında, iqtisadi, sosial, tibbi və digər mövzular üzrə ortaq elmi araşdırmaların uğurla həyata keçirilməsində, elmi konfransların təşkil olunmasında, eyni zamanda daha mütərəqqi layihələrin reallaşmasında daha açıq şəkildə görmək olar. Naxçıvan Dövlət Universiteti 3 ildir ki, Böyük Britaniyanın “Times Higher Education”, “Impact Rankings” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin də qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən olunub. Universitetin tədris imkanlarının daha da etibarlı qaydada olmaqla şaxələndirilməsi, ixtisaslaşma proseslərinin təkmilləşməsi və ali məktəblərarası qarşılıqlı əməkdaşlıqlar mühüm məsələ olaraq müəyyən edilib. Qarşıya qoyulmuş əhəmiyyətli məsələlərdən biri də Naxçıvan Dövlət Universitetində ingilisdilli Tibb fakültəsinin, tibbi tədqiqat klinikasının yaradılmasından ibarətdir.

Naxçıvan Dövlət Universiteti yüksək bilikli və bacarıqlı, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, bacarıq və təcrübəyə, daim təhsil alma bacarığına malik olan mütəxəssislərin hazırlanmasını missiya olaraq müəyyən edib ki, bu həm də tabeliyində olan qrumların fəaliyyət istiqamətlərini müəyyən edəcək.


metbuat.az.