METBUAT.AZ

Ölkə

"Təndirdə kəlağayını başıma atdılar" - 92 yaşlı qadın ərə getməsindən danışdı /

31 avq 2023 20:18

“Dədəm evə gəldi, anama dedi ki, Səhnəni dayımın oğluna verdim. O vaxtlar avamlıq dövrü idi. İndi camaatın gözü açılıb”.

Metbuat.az "Baku tv"yə istinadən xəbər verir ki, bunu “Qərbi Azərbaycan” xronikası layihəsi çərçivəsində yayımlanan verilişdə 92 yaşlı Səhnə nənə deyib. O, verilişdə atası tərəfindən necə zorla evləndirilməsindən bəhs edib: “Məni də bir müəllim istəyirdi. Dedim getməyəcəyəm. Ağlaya-ağlaya verdilər məni. Təndirin yanında oturub ayağımı sallamışam. Böyük baldızım gəldi. Mən də ağlayıram. Bir dənə kəlağayını başıma atdılar, kasıbçılıq dövrü idi, üzük də yox idi. Verdilər məni o kişiyə”.


metbuat.az.