16 avq 2023 09:12
Türkiyənin ikinci liqasındakı “Eyüpspor” klubunun formasını geyinən hücumçu Umut Bulutun yeni komandası bəlli olub.
Metbuat.az xəbər verir ki, 40 yaşlı türkiyəli futbolçu Umut Bulut yeni müqaviləyə imza atıb. Futbolçu “Sarıyer SK” klubuna transfer olub. “Sarıyer SK” klubunun məlumatına görə, Umut Bulutla bütün detallar razılaşdırılıb və futbolçu heyətə cəlb edilib. Klubun açıqlamasında “Umut Bulut xoş gəlmisiniz” ifadələri işlədilib.
Qeyd edək ki, Umut Bulud Türkiyənin bir sıra aparıcı klublarında forma geyinib.