15 avq 2023 14:43
Uzun illərdir Avropada futbol oynayan türk futbolçu Merih Dəmiral yeni macəraya yelkən açıb.
Metbuat.az xəbər verir ki, Merih Demiral “Əl-Əhli” klubu ilə razılığa gəlib. Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat verib. Məlumata görə, Səudiyyə Ərəbistanı klubu həm “Atalanta” həm də futbolçunun özü ilə detalları razılaşdırıb. Xəbərə görə, “Əl-Əhli” Merih Demiralla 3 illik müqavilə imzalayacaq. Futbolçu illik 11 milyon avro qazanacaq.