METBUAT.AZ

İdman

"Türk Haaland" Fransa nəhənginə

29 avq 2023 14:21

Fransanın "Renn" klubu Türkiyənin "Hatayspor" komandasında forma geyinən Bertuğ Yıldırımın keçidini həll etməyə yaxındır.

Metbuat.az bildirir ki, bu barədə türk mediası yazır. Məlumata görə, 21 yaşlı hücumçunun transferinin 31 avqusta qədər açıqlanması gözlənilir.

Transfer həyata keçsə, Bertuğ fransız klubunda forma geyinən ikinci türk olacaq. Fransızlar 2021-ci ildə "Kayserispor"dan Doğan Alemdarı almışdı.

Qeyd edək ki, Bertuğ Yıldırımın klubu ilə 2026-cı ilə qədər müqaviləsi var. O, şərhçilər tərəfindən "Türk Haaland" adlandırılır.


metbuat.az.