18 avq 2023 09:37
Türkiyə Qara dənizdə gəmi ilə bağlı yaşanan insidentlə əlaqədar Kremlə xəbərdarlıq edib.
Metbuat.az bildirir ki, bununla bağlı Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, gəminin sahibinin türk olmasına baxmayaraq, gəmi Türkiyə bayrağı altında uçmayıb, beynəlxalq hüquqda isə gəmi heyətinin adı, yaxud milliyyəti yox, bayrağı əhəmiyyət daşıyır:
"Buna baxmayaraq, Rusiyanın gəmiyə müdaxiləsindən sonra Qara dənizdə gərginliyə səbəb olacaq hərəkətlərdən çəkinmələri barədə xəbərdarlıq edilib”.
Xatırladaq ki, avqustun 13-də Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə Rusiyaya aid hərbi gəmidən atəş açılmışdı.