19 avq 2023 03:52
Türkiyə, Qətər və Rusiya “Taxıl sazişi”ni əvəz edəcək yeni müqavilə müzakirə edirlər.
Bu barədə Metbuat.az Bild”ə istinadən xəbər verir.
Rusiya və Türkiyə arasında diplomatik kanallar vasitəsilə iyulun 21-dən avqustun 8-dək olan rəsmi yazışmalara əsasən, Moskva “Taxıl sazişi”ndən çıxacağı ilə bağlı Ankaraya əvvəlcədən xəbərdarlıq edib.
Eyni zamanda, Rusiya, Türkiyə və Qətər hazırda müddəti bitmiş müqaviləni əvəz etməli olan yeni üçtərəfli saziş üzərində işləyirlər. Rusiya taxılının əsasən Afrikadakı yoxsul ölkələrə tədarük edilməsi təklif edilir.
Eyni zamanda, çatdırılmalarda təşkilatçı qismində Türkiyə, sponsor kimi isə Qətər çıxış edəcək.